10 Sentyabr 08:57
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusuna Niderlanddan verilən silahlarla Rusiyanın bütün ərazisində zərbələr endirməyə icazə verilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderlanddın müdafiə naziri danışıb.

O, bildirib ki, Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə üçün Rusiya ərazisində Niderland silahlarından istifadə edə bilər.

“Ukraynanın özünümüdafiə hüququ var. Əgər bir ölkə sərhəd bölgələrindən və ya Rusiya aerodromlarından hücuma məruz qalırsa, o zaman hərbi obyektləri hədəfə ala bilər. Eyni şey düşmən raketlərinə də aiddir – onlar Rusiya üzərində bizim silahlarımızla zərərsizləşdirilə bilər”, – müdafiə qurumunun rəhbəri qeyd edib.

Brekelmans həmçinin əlavə edib ki, “beynəlxalq hüquq məsafə ilə məhdudlaşmır” və “özünümüdafiə hüququ sərhəddən 100 kilometr məsafədə dayanmır”.

“Biz Ukraynaya qarşı heç bir əməliyyat məsafəsi məhdudiyyəti tətbiq etməmişik”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, Rusiyaya zərbə endirmək icazəsi Niderlandın Ukraynaya təhvil verəcəyi F-16 qırıcılarına da birbaşa aiddir.

Bundan əlavə, Brekelmans digər Qərb ölkələrini Ukraynaya tədarük etdikləri silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər