10 Sentyabr 16:22
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatını izləməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

"Debata baxmağı planlaşdırmırıq və nə isə gözləmək bizim yox, amerikalı seçicilərin işidir", - Peskov bildirib.

Qeyd edək ki, Trampla Harris arasında debat Filadelfiyada bu gün yerli saatla 21:00-da (Bakı vaxtı ilə sentyabrın 11-i saat 05:00-da) başlamalıdır. Debatı “ABC News” telekanalı yayımlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər