Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalından ibarət nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə H.Fidanın “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.
“Daha əvvəl Türkiyə və Özbəkistan arasında nazirlər səviyyəsində imzalanmış yol xəritəsi strateji əməkdaşlığın institusionallaşdırılması istiqamətində mühüm addımdır”, - məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti sentyabrın 12-də Daşkəndə rəsmi səfər edib.