11 Fevral 2015 00:04
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Azov" batalyonu Rusiyanı Debaltçevo ətrafında aviasiyadan istifadədə ittiham edib.

ANS PRESS-in məlumatına görə, bu haqda "Azov" batalyonu Facebook səhifəsində xəbər verilib.

Ukrayna könüllülərindən ibarət "Azov" batalyonunun nümayəndələri Rusiyanın Debaltçevo ərazisində aviasiyanı tətbiq etdiyini və 40-cı batalyonun mövqelərinə zərbələr vurduğunu bildirib.

"Rusiya Hərbi Hava Qüvvələrlərinin iki Su-25 hücum təyyarəsi 20 dəqiqə əvvəl Debaltçevo ərazisində Novoqriqorevkada 40-cı batalyonun mövqelərinə aviazərbələr endirdi", - xəbərdə bildirilir.

Qeyd edək ki, Ukrayna tərəfi iddia edir ki, ölkənin şərqində Rusiyaya məxsus Su-25 bombardmançı təyyarəsini vurublar.


Müəllif: