15 May 2014 12:16
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç girilməyən yerlər var, orada 350-400 işçi ola bilər".

“Axar.az” xəbər verir ki, bunu xilasetmə işlərinə qatılan mədənçi Sami Kılıç deyib.

Mədənçi səhərə qədər yalnız əsas girişə qədər getdiklərini, partlayışın olduğu hissədən qırağa isə gedə bilmədiklərini bildirib:

“Buradan çox sayda cəsədin çıxmasından qorxurduq. İçəridəkilərin qurtulacaqlarına inanmıram. Həddindən artıq çox tüstü var. Cəsədlərin 4-5-i bir yerdə, 10 nəfəri bir yerdədir. Girilməyən yerlər çoxdur. O yerlərdə 350-400 işçinin olduğu təxmin edilir".

Somada mədən faciəsindən qurtarılan Əli Günəşli isə yaşadığı dəhşəti belə açıqlayıb: “Növbəmizin bitməyinə az qalmışdı. Xəbər gəlincə çıxışları boşaltdıq. Əsas yolun yarısınacan gəldik, amma tüstü üzündən ondan artıq gedə bilmədik. Başqa bir yerə sığındıq.

Orada təmiz hava var idi. Hardasa 140 nəfər idik. Daha sonra xilasedicilər gəldi. Yarı huşsuz vəziyyətdəydim".

Qeyd edək ki, Manisanın Soma mahalında özəl şirkətə aid mədən ocağında partlayış baş verməsi nəticəsində ölənlərin sayı 282-yə qalxıb. Yaralanan 88 işçidən 63-ü isə dünən xəstəxanadan evlərinə göndərilib.


Müəllif: