11 Fevral 2015 23:50
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın maliyyə nazirinin keçmiş müavini, “Evercore” fondunun qurucusu və baş direktoru Rocep Oltman hesab edir ki, Rusiyanı bir güllə atmadan durdurmaq olar.

Musavat.com xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”dakı məqaləsində yazıb.

Ekspertin sözlərinə görə, elə bir variant mövcuddur ki, o variantda valyuta və ya bank kollapsı istənilən ölkənin normal mövcudluğuna son qoya bilər. Məqalə müəllifinin fikrincə, Ukraynada vəziyyətin kəskinləşməsi bir çoxlarını belə bir qənaətə gəlməyə vadar elədi ki, Rusiyanı nə iqtisadi sanksiyalar, nə də diplomatik danışıqlar dayandıracaq və indi də Kiyevə silah verilməsinin vacibliyi haqda çağırışlar eşidilir.

“Ancaq Qərbin arsenalında Ukrayna böhranına son qoyacaq və Moskvanın Baltikyanı regionda, digər bölgələrdə sonrakı avantüralarını əngəlləyəcək daha güclü bir strategiya var. Söhbət Rusiyada iqtisadi-maliyyə böhranının güclənməsindən çıxış edərək, maliyyə sanksiyalarını sərtləşdirməkdən və bu sanksiyalarla dünya maliyyə bazarlarının sanksiyalarının kombinasiyası hesabına Kremli geri çəkilməyə vadar eləməkdən gedir”, - deyə müəllif qeyd edib.

Oltmanın əminliyinə görə, maliyyə bazarları indi dünyada istənilən ordudan və silah ehtiyatlarından daha güclü təsir vasitəsidir. “Bu bazarlar diplomatiyanın və ya silahın nail ola bilmədiyi istənilən dəyişikliyə qadirdir


Müəllif: