27 Sentyabr 10:28
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kursk vilayətində hərbi əməliyyatlara cəlb olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya mənbələrinə istinadla məlumat yayıb.

Rusiyanın müxalif nəşri “Novaya qazeta Evropa” avqustda Kurskda döyüşlərdə həlak olan FSB xüsusi təyinatlılarının hərbçisinin şəxsiyyətini müəyyənləşdirib.

Nəşrin mənbələri bildirir ki, qurum rəhbərliyi xüsusi təyinatlılara, o cümlədən “Alfa” və “Vımpel” qruplarının elementlərinə Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qruplarının müəyyən və məhv edilməsi tapşırığı verib.

Mənbənin sözlərinə görə, bu qruplar nizami silahlı qüvvələrə qarşı ağır texnikanın tətbiqi ilə döyüş aparmaq üçün yararsızdır. Adətən, xüsusi xidmət orqanlarının döyüşçüləri kiçik terrorçu qruplara qarşı əks-terror əməliyyatları keçirirlər, buna görə də silahlı qüvvələrə cavab vermək üçün kifayət qədər hazırlığa və lazımi avadanlıqlara malik deyillər.

Rusiya xüsusi xidmət orqanlarına yaxın olan digər həmsöhbət əlavə edib ki, FSB Xüsusi Əməliyyat Mərkəzinin hərbi hissələrlə ümumi əlaqəsi və onlar arasında döyüş tapşırıqlarının əlaqələndirilməsi üçün hələ də birgə qərargah yoxdur.

Rusiya Prezidenti Vladimir Putin avqustun 6-da Ukrayna ordusu əməliyyata başladıqdan sonra FSB-yə Belqorod, Bryansk və Kursk vilayətlərində əks-terror əməliyyatı keçirməyi tapşırıb. Amma Müdafiə Nazirliyi, FSB və Rusiya Qvardiyasına bir-birini təkrarlayan tapşırıqlar verilib.

ABŞ institutu vurğulayır ki, Kreml və hərbi komandanlıq ardıcıl və effektli komanda-nəzarət strukturu yaratmağa çalışsa da, hansı məsuliyyətlərin kimə aid olduğu hələ də qaranlıq qalır. Təhlilçilər hesab edirlər ki, əməliyyatlarda iştirak edən bütün qurumlara eyni tapşırıqların verilməsi FSB ilə Rusiya Müdafiə Nazirliyi arasında mübahisə yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər