27 Sentyabr 17:12
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ tərəfinin BMT Baş Assembleyasının sessiyası çərçivəsində Prezident Co Baydenlə ənənəvi şam yeməyinə dəvətini ləğv etmək qərarını “uşaq hərəkəti” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, gürcülərin Vaşinqtonun bu qərarını nəzərə alacaqlarını deyib.

“Birləşmiş Ştatların prezidenti ilə əl sıxmaq üçün şam yeməyinə dəvəti ləğv etməyə gəlincə, bu, bir qədər uşaq hərəkəti idi. Birləşmiş Ştatlar böyük ölkədir, uşaq kimi hirslənməyə dəyməz”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, əgər onlarla avtoritar dövlətin liderləri Baydenlə şam yeməyinə dəvət edilirsə, Gürcüstan rəhbəri ilə görüş istəyi olmursa, gürcü cəmiyyəti mütləq nəticə çıxaracaq.

Baş nazir vurğulayıb ki, oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca xaricdən seçkilərə müdaxilə cəhdləri artır.

“Müdaxilə hansı formada olur-olsun, gürcü seçicilərin seçiminə təsir edə bilməz”, - Kobaxidze vurğulayıb.

Bundan əvvəl ABŞ administrasiyasının BMT Baş Assambleyasının sessiyasında iştirak üçün Nyu-Yorka gələn Gürcüstan nümayəndə heyəti ilə bütün görüşləri ləğv etdiyi açıqlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər