Gənclər arasında keçirilən dünya çempionatında yıxılaraq kəllə-beyin travması alan isveçrəli velosipedçi Muriel Furre vəfat edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Velosiped Federasiyası məlumat yayıb.
Məlumata görə, 8 yaşlı idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundial sentyabrın 29-da başa çatacaq.