ABŞ rəhbərliyi "F-16" qırıcıları üçün ukraynalı pilotlarına təlim verməyi özünə prioritet hesab edir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
"Bu, bizim üçün prioritetdir və biz onların pilotlarının lazımi təlim almasını təmin etmək üçün onlarla işləməyə davam edirik" - Sinq deyib.
Sinq əlavə edib ki, təlimlərlə ukraynalı pilotlar döyüş meydanında daha datəsirli olacaqlar.