İsrail hərbçiləri Qəzza zolağının yaşayış massivində HƏMAS qruplaşması üzvlərinin istifadə etdiyi tuneli partladıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu məlumat yayıb.
“Tunelin içərisində HƏMAS terrorçularının uzun müddət qalmaq üçün istifadə etdiyi bir neçə otaq və avadanlıq aşkar edilib”, - deyə bildirilib.
Uzunluğu təxminən bir kilometr olan tunel Qəzza zolağının mərkəzində mülki obyektlərin yaxınlığında yerləşib.