21:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsraillə Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsindən sonra atılacaq addımları müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CNN” telekanalında bildirib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ Yaxın Şərqdə münaqişənin mümkün genişlənməsindən narahatdır:

“Biz İranın bəyanatlarını izləyirik və onların nə edəcəyini görəcəyik. Biz əmin olamalıyıq ki, həm qoşunlarımızı, həm diplomatik, həm də hərbi obyektləri deyil, İsraili də qorumaq imkanlarımız var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər