29 Sentyabr 23:14
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrail hakimiyyətinin törətdiyi cinayətlər cavabsız qalmayacaq.

Teleqraf.com-un məlumatına görə, Pezeşkian bildirib ki, Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara riayət etmədiyini bir daha nümayiş etdirdi.

"Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir. ABŞ və Avropa ölkələrinin Tehranda HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin qətlinə İranın cavab vermədiyi təqdirdə atəşkəs razılaşmasının əldə olunacağına dair vədlərinin yalan olduğu üzə çıxıb", - deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər