30 Sentyabr 01:01
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökumətinin sədri Mixail Mişustin Ermənistana səfər edəcək.

Teleqraf.com verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Mixail Mişustin oktyabrın 1-də İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqlarda rəqəmsallaşma – dörd azadlığın təmin edilməsi üçün imperativ” mövzusunda plenar iclasına qatılacaq.

İclasda daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək. Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərini də nəzərdən keçirəcəklər.

Qeyd edək ki, Mixail Mişustin sentyabrın 30-da İran İslam Respublikasına rəsmi səfərə gedəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər