12 Fevral 2015 13:30
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdə "normand dördlüyü"nün görüşü başa çatıb. Görüşdə fevralın 15-də 00.00-da atəşin dayandırılması barədə razılıq əldə olunub.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Vladimir Putin bildirib ki, 16 saat davam edən görüşdən sonra yekun sənəd imzalanıb. Kontakt qrupunun imzalandığı sənəd razılaşmanın yerinə yetirilməsi ilə bağlıdır.

Rusiya prezidenti onu da bildirib ki, o, Poroşenko iləDebalçevoda situasiyanın qiymətləndirilməsi üçün hərbi ekspertlərə tapşırıq vermək barədə də razılığa gəlib.

Nihad


Müəllif: