8 Oktyabr 17:58
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan və Suriyaya səfərimin mesajı aydındır: müqavimətə (İranın proksi qüvvələrinə) açıq və birmənalı dəstək.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Müqavimət çoxlu qurbanlar verib, amma davam edəcək. Sionist rejimə (İsrail) bildiririk ki, iradəmizi sınamayın. İstənilən səhvə reaksiya sərt olacaq, buna uyğun və qəti cavab veriləcək. İranın infrastruktur obyektlərinə edilən istənilən hücum daha güclü cavabla qarşılanacaq və düşmənlər bizim qarşımızda hansı hədəflərin olduğunu bilirlər”, - iranlı nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər