Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə danışıqları müsbət qiymətləndirib.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat verib.
Paşinyan İrəvanla Moskva arasında son aylardakı siyasi dialoqun da aktivləşdiyini deyib.
Xatırladaq ki, oktyabrın 8-də Paşinyan Putinlə birlikdə Kremlə gəlib.