Ukrayna Silahlı Qüvvələri cəbhədə ağır vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” portalı məlumat yayıb.
Məlumata görə, bir neçə aylıq döyüşlərdən sonra Ukraynanın cəbhədə vəziyyəti heç də yaxşı deyil:
"“Uqledar işğal edildi. Ukraynalılar onu alınmaz qala hesab edirdilər. Digər cəbhə bölgələrindən gələn xəbərlərlə yanaşı, bu, Kiyevdə vəziyyətin sürətlə pisləşdiyini göstərir" - məlumatda deyilir.
Hazırkı vəziyyətə görə məsuliyyət Ukrayna prezidenti Vladimir Zelenski və Qərb siyasətçilərinin üzərinə düşdüyü qeyd edilib.