9 Oktyabr 01:43
3 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Kamala Harris 2022-ci ilin fevralında Ukrayna lideri Vladimir Zelenskidən varis tapmağı xahiş edib.

Teleqraf.com "The Washington Post"a istinadən xəbər verir ki, bu barədə amerikalı araşdırmaçı jurnalist Bob Vudvord kitabında qeyd edib.

Jurnalistin fikrincə, Harris 2021-ci ilin payızında Fransa prezidenti Emmanuel Makronu Rusiya ilə Ukrayna arasındakı münaqişəyə hazırlıq üçün hərəkətə keçməyə sövq etməyə çalışıb .

ABŞ vitse-prezidenti 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə də danışıb.

Kitabda deyilir: "Harris o qədər irəli getdi ki, onun dediyi kimi, "əsir düşsən və ya öldürülsən" sabitliyi təmin etmək üçün ondan varislik planı hazırlamasını tələb edib".


Müəllif: Arzu

Oxşar xəbərlər