9 Oktyabr 12:23
4 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Ukraynada müharibəyə son qoymaq məqsədilə tədbirlər görmək üçün inauqurasiyasını gözləməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Tramp dərhal hərəkətə keçəcək, ona görə də biz Avropa liderləri olaraq vaxt itirə bilmərik, çünki adətən olduğu kimi, seçki ilə yeni prezidentin andiçmə mərasimi arasında iki-üç aylıq müddət olmayacaq. Biz ilk növbədə intellektual, fəlsəfi, sonra strateji, daha sonra isə mümkün qədər tez fəaliyyət səviyyəsində cavab verməliyik”, - Orban bildirib.

Tramp seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini bir günə dayandıracağını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər