9 Oktyabr 13:21
4 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel LGBT və “Xarici agentlər haqqında” qanun, eləcə də digər bütün “antidemokratik qanunlar”ın geri götürülməsi müqabilində Gürcüstana maliyyələşdirməni bərpa edəcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, AB-nin baş diplomatı hər şeyin buna bağlı olduğunu deyib.

“Avropa Birliyi antidemokratik addımlarına cavab olaraq, Gürcüstanın AB-yə inteqrasiya prosesini əngəllədi, siyasi dialoqun səviyyəsini aşağı saldı və Avropa Sülh Fondu vasitəsilə göstərilən hərbi yardım dayandırıldı.

Həmin tədbirlərə yenidən baxıla bilər və bu, çox sadədir, yalnız Gürcüstan hakimiyyətinin siyasi iradəsi lazımdır. Avropa Birliyinə üzv olmaq barədə bəyan etdikləri məqsədə zidd olan qanunları ləğv etməyə başlamalıdırlar. Bu, xüsusilə əsas insan hüquq və azadlıqlarını məhdudlaşdıran qanunlara aiddir”, - Borrel bildirib.

Diplomat vurğulayıb ki, AB dəfələrlə Tiflisi Brüsselin qəbul etmədiyi qanunları ləğv etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər