İsrailin “vəd edilmiş torpaqlar” xülyasının sonu böyük məyusluq və məğlubiyyət olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bölgəmiz və torpaqlarımızda hərbi əməliyyatların aparılmasına imkan verməyəcəyik. Mən bunu yüksək səslə və aydın deyirəm. “Vəd edilmiş torpaqlar” xülyasının sonu böyük məyusluq və məğlubiyyət olacaq”, - Türkiyə lideri bildirib.
Prezident Ərdoğan İsraili “vəd edilmiş torpaqlar” iddiası üzərindən Türkiyəni hədəfə almaqda ittiham edib. Həmçinin o, Baş nazir Benyamin Netanyahu barəsində sərt ifadələr işlədib.