“Türk Hava Yolları”na məxsus Seatle-İstanbul reysinin kapitan pilotu uçuş zamanı vəfat edib.
Teleqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, 59 yaşlı pilot İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib.
Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlsə də, İ.Pehlivan enişə qədər vəfat edib.
“Türk Hava Yolları”ndan verilən açıqlamada təyyarənin Nyu-Yorka eniş qərarı verdiyi, sərnişinlərin Nyu-York stansiyası vasitəsilə evlərinə qaytarılmasının planlaşdırıldığı bildirilib.