9 Oktyabr 19:26
3 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində cinsi zorakılıq hadisələrin baş verməsi ilə bağlı kütləvi şikayətlər olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İddia olunur ki, bu yaxınlarda bir çox qadın Mərkəzi Kəşfiyyat İdarəsində cinsi zorakılıq iddiaları ilə bağlı ifadə veriblər.

Çoxsaylı şikayətlərə cavab olaraq qurum problemin miqyasını qiymətləndirmək üçün araşdırmalara başlayıb. Daxili sorğuya görə, respondentlərin 28 faizi İdarədə işləyərkən ən azı bir dəfə cinsi zorakılıq ilə üzləşib. Respondentlərin 7%-i iş yerində arzuolunmaz cinsi əlaqə və ya təcavüz faktları barədə məlumat verib.


Müəllif: Arzu

Oxşar xəbərlər