9 Oktyabr 20:55
2 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin tərəfdarı fəallar Qəzza zolağında çəkilmiş fotoşəkili London Milli Qalereyasında rəssam Pablo Pikassonun əsərinin üzərinə yapışdırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı çıxan “Gənclik Tələbi” hərəkatının tərəfdarları Milli Qalereyada Pikassonun “Ana və Uşaq” tablosunun üzərinə Qəzzadan olan ana və uşağın şəklini yapışdırıblar. Daha sonra fəallar yerə qırmızı boya töküblər.

Milli Qalereyanın sözçüsü zalda olan rəsmlərin heç birinin zədələnmədiyini bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər