Sosial şəbəkədə Ukraynadakı münaqişəyə görə məsuliyyəti hansı ölkənin daşıması barədə sorğu keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə sorğunu "Megaupload" xidmətinin təsisçisi Kim Dotcom "X" sosial şəbəkəsində paylaşım edib.
Ümumilikdə sorğuda 96 mindən çox istifadəçi iştirak edib. Eyni zamanda, onların demək olar ki, 78 faizi ABŞ-ı Ukraynadakı münaqişənin günahkarı kimi göstərib. İstifadəçilərin daha 6,1 faizi Ukraynanı günahlandırıb.