10 Oktyabr 08:00
2 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətinin Hesya sənaye şəhərciyindəki İranın Saba maşınqayırma zavoduna zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə sənaye şəhərinin direktoru Əmir Xəlil məlumat verib.

"İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan hücum etdi", - Xəlil deyib.

Onun sözlərinə görə, hücumlar davam edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər