10 Oktyabr 10:32
4 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp ABŞ prezident olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını ala bilərdi.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Fikrimcə, Donald Tramp 2022-ci ildə prezident olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi olmazdı, özü də bu haqda bəyanat verib. Bunu inandırıcı hesab edirəm”, - sabiq baş nazir vurğulayıb.

Conson həmçinin qeyd edib ki, Tramp yenə də Rusiya ilə bağlı hamını təəccübləndirə bilər:

“Məncə, bəziləri onun haqda bədbinliyi çox şişirdiblər, Donald ukraynalılara “Javelin” verdi, Demokratlar isə vermədi, elə deyilmi? Mən xarici işlər naziri olanda 60 Rusiya casusunu qovmuşdu. O, yenə də təəccübləndirə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər