10 Oktyabr 11:26
5 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adıgey Respublikasının rəhbəri Murat Kumpilov Ukrayna PUA-larının hərbi hava limanına hücum etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bundan sonra hava limanı yaxınlığındakı kəndin boşaldılmasına göstəriş verib.

Onun sözlərinə görə, Maykop şəhərinin ətrafındakı aviabaza gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb.

“Rodnikovovo kəndinin sakinlərinin mütəşəkkil şəkildə təxliyyəsi həyata keçirilir. Xanskaya kəndində vətəndaşlar üçün müvəqqəti sığınacaq yaradılıb”, - Kumpilov qeyd edib.

Adıgey Rusiya ərazisində yerləşən muxtar respublikadır. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərində yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər