Böyük Britaniya Silahlı Qüvvələrinin komandanlığı yerli çağırışçılara təlim keçmək üçün Ukraynaya hərbi təlimçilər göndərməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
.
Məlumata görə, komandanlıq Qərbi Ukraynaya “kiçik hərbi personal qrupları” göndərmək barədə düşünür. Bu da Ukrayna Silahlı Qüvvələrinin kadrlarının hazırlanmasını sürətləndirə və xərclərini azalda bilər.