10 Oktyabr 23:54
4 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Moldovaya rekord məbləğdə maliyyə dəstəyi verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata əsasən, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moldova Prezidenti Maya Sandu ilə Kişinyovda keçirilən görüşdə müvafiq qərarı açıqlayıb. Brüssel respublikanın Avropa İttifaqına daxil olmaq meyarlarına cavab verməyə kömək edəcək islahatların həyata keçirilməsi üçün 1,8 milyard avro ayıracaq.

Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum oktyabrın 20-də ölkənin hazırkı prezidenti Maya Sandunun iştirak edəcəyi prezident seçkiləri ilə paralel keçiriləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər