İsrail Hərbi Hava Qüvvələri Beyrutun mərkəzində yerləşən çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, İsrail Beyrutun Ras-en-Naba və En-Nueiri ərazilərini vurub. Bildirilib ki, bu dəfəki hədəf Hizbullah hərəkatının müdafiə naziri və öldürülən baş katibin kürəkəni ola bilər.
Hadisə zamanı 9 nəfər yaralanıb. Çoxmərtəbəli binanın bir hissəsi uçub, sakinlər dağıntılar altından insanları çıxarır.