Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukraynaya hərbi və diplomatik yardımı davam etdirəcəyinə söz verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Məlumata görə, Paris Kiyevə dəstəyini bir daha təsdiqləməyə hazırdır. Makron həmçinin qeyd edib ki, Avropa İttifaqının növbəti sammitində əsas məsələlərdən biri Ukraynaya maliyyə yardımının ayrılması olacaq.
“Biz Ukrayna əsgərlərini silahlandırmaq və onlara təlim verməklə bağlı öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. "Mən Zelenski ilə diplomatik və hərbi işlərlə bağlı qarşıdakı həftələr və aylardakı planlarımızı müzakirə etdim", - Fransa prezidenti deyib.