Fransa hərbi departamentinin 2025 - ci ildə ölkənin nüvə potensialının inkişafı üçün büdcəsi 8% artaraq 7 milyard avroya çatdıracaq.
Teleqraf.com xarici mətbuta istinadən xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lecornu məlumat yayıb.
Məlumata görə, gələn il Fransanın ümumi hərbi büdcəsi 3 milyard avrodan çox artacaq, büdcənin azaldılması fonunda bu, 50,5 milyard avroya (ÜDM-in 2%-i) bərabər olacaq.
Bundan başqa nazir 2025-ci ilin Fransa ordusunun yenidən silahlanması baxımından həlledici olacağını deyib.
Gələn il Fransa ordusu14 "Rafale" qırıcısı və 12 modernləşdirilmiş "Mirage 2000-D" qırıcısı almalıdır.