İsrailin hava hücumu nəticəsində İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsində Fələstin “İslami Cihad” terror qruplaşmasının başçısı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
Məlumatda deyilir ki, Məhəmməd Abdullah sələfi Muhamməd Caber avqustun sonlarında baş verən atışmada öldürüldükdən sonra Tulkarem bölgəsində İran tərəfindən dəstəklənən terror qruplaşmasının lideri təyin edilmişdi.
İsrail ordusu Abdullahın qruplaşmanın iki üzvü ilə birlikdə hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.