Rusiya şirkətləri Finlandiyanın "Finnvera" dövlət xüsusi maliyyə qurumuna olan bütün kredit borclarını ödəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
"Finnvera" şirkəti gəmiqayırma və meşə sənayesi ilə bağlı Rusiyanın nəhəng layihələrinin kreditləşdirilməsi ilə məşğul olub. Məlumata görə ümumilikdə 1 milyard avro olan məbləğ bu il tam ödənilib.