Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskini Uinston Çörçillə müqayisə edib.
Teleqraf.com xəbər verir ki, keçmiş siyasətçi bu barədə müsahibəsi zamanı danışıb.
“İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü şir kimi apardığını deyəndə nə dediyini hamı bilir. Cavab verdi ki, yox, şir olan mən yox, ingilis xalqıdır. Amma mənim şir kimi nəriltmək imtiyazım var.
Eyni sözləri Vladimir Zelenski haqqında da demək olar. O, ukraynalıların hiss etdiklərini çox dəqiq nümayiş etdirdi" - Conson deyib.