Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi Cənubi Koreyaya xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda deyilir ki, nazirlik bu xəbərdarlığın son olduğunu deyib. Nazirlik Cənubi Koreyadan sərhəd boyu pilotsuz aparatların uçuşunu dayandırmağı tələb edib.
Həmçinin qeyd olunur ki, KXDR Cənubi Koreya ilə sərhədə tam hazırlıq vəziyyətində hücum silahları yerləşdirəcək.