14 Oktyabr 12:27
3 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın raket zərbələrindən sonra ölkənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə ABŞ müdafiə sistemləri ilə yanaşı, İsrailə canlı qüvvə də göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” hərbi-siyasi mənbələrə istinadla məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden bu addımın İsraili qorumaq məqsədi daşıdığını bildirib.

ABŞ İsraili Yaxın Şərqdə daha böyük müharibəyə səbəb olmamaq üçün İrana qarşı reaksiyasını tənzimləməyə çağırıb. Rəsmi mənbələrə görə, Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini, həmçinin bu ölkənin enerji infrastrukturuna zərbə endirilməsindən narahat olduğunu açıq şəkildə söyləyib.

Pentaqon sözçüsü Patrik Rayder yerləşdirməni İsraili dəstəkləmək və Amerika personalını İranın proksi qüvvələrinin hücumlarından qorumaq üçün “ABŞ ordusunun son aylarda həyata keçirdiyi genişmiqyaslı dəyişikliklərin bir hissəsi” kimi qiymətləndirib.

ABŞ canlı qüvvələrinin İsrailə yerləşdirilməsi hərbi təlimlər istisna olmaqla, nadir hadisə hesab olunur.

İran oktyabrın 1-də İsrailə raket hücumu həyata keçirib. İsrail bundan sonra İrana cavabın veriləcəyini açıqlayıb. Hücum yaxın vaxtlarda baş tutacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər