14 Oktyabr 19:56
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurası bu gün Moldovada sabitliyi pozan fəaliyyətə görə məsuliyyət daşıyan beş şəxs və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

"Aİ Moldova xalqının qanuni istəklərinə tam dəstək verməyə davam edəcək. Bugünkü sanksiya siyahıları Moldovanın sabitliyinə daha bir töhfədir", - o bildirib.

Eyni zamanda J.Borrell Rusiyanı Moldovada sabitliyi pozmağa cəhddə ittiham edib.

Bundan başqa, “Avrasiya” qeyri-hökumət təşkilatı, onun direktoru və təsisçisi Nelli Parutenkoya da sanksiya tətbiq edilib.

Sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur. Fiziki şəxslərin Aİ-yə daxil olması qadağan olunur.

Kommunikedə deyilir ki, bu rejim çərçivəsində məhdudlaşdırıcı tədbirlər ümumilikdə 16 şəxs və iki təşkilatı əhatə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər