15 Oktyabr 01:44
2 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Xarici İşlər Nazirliyi altı kanadalı diplomatın ölkədən çıxarılmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumat nazirliyin rəsmi internet saytında dərc olunub.

"Hindistan hökuməti altı kanadalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Onlardan 19 oktyabr 2024-cü il, saat 23:59-a qədər Hindistanı tərk etmələri tələb olunur.", - nazirlik bildirib.

Mesaja əlavə edilən adların siyahısına səfir səlahiyyətlərini icra edən Stuart Ross Vheler, həmçinin onun müavini və dörd birinci katib daxildir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər