13 Fevral 2015 11:10
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç polisi azyaşlı uşağın döyülməsi faktını araşdırır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu cinayət əməlində Malmö şəhər dəmir yolu vağzalının təhlükəsizlik xidmətinin iki əməkdaşı təqsirləndirilir.

Xəbərə görə, onlar uşağı oğurluqda təqsirli biliblər. Daha sonra onu döşəməyə uzadaraq, başından basıblar.

Hadisə ilə bağlı yayılan görüntüdə uşağın yerə uzadıldığı, mühafizəçilərdən birinin isə onun üstündə oturduğu görülür. Eyni zamanda onun uşağın ağzını bağladığı və boğmağa çalışdığı da görünür.

Ağlamaq dərəcəsinə çatdırılan uşaq isə dartınıb onların əlində çıxdıqdan sonra İslamda inam simvolu olan bu sözləri təkrar edib: "Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsulidir".

Şahidlər deyir ki, onlar uşağın hər hansı pis əməlini müşahidə etməyib və onunla belə kobud davranışın səbəbini anlamaylblar.

Nihad


Müəllif: