BMT-nin baş katibi Antonio Quterreşin ofisi onun gələn həftə Kazanda keçiriləcək BRİKS sammitinə getmə planlarını təsdiqləməyə hələ hazır deyil.
Teleqraf.ciom xəbər verir ki, “Hazırda biz hər hansı səfəri təsdiq edə bilmərik”, - deyə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bununla bağlı suala cavabında deyib.
Qeyd edək ki, BRIKS-in Kazanda keçirilməsi nəzərdə tutulan sammiti 22-24 oktyabr tarixləri arasında baş tutacaq.