18 Oktyabr 23:30
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata əsasən, Suriyanın şimalında, Fərat Qalxanı bölgəsində müəyyən edilən PKK/YPG terror təşkilatının 3 üzvü zərərsizləşdirilib.

"Gücünü uca millətimizdən alan Türk Silahlı Qüvvələri terrorçulardan təmizləmə əməliyyatlarına fasilə vermədən davam edir. Bölgədə bir nəfər belə terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", - Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər