20 Oktyabr 20:29
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran İsrailə cavab zərbəsi endirmək üçün “bütün hədəflərini müəyyən edib”.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

O, Tel-Əvivin İrana zərbə endirmək təhdidləri ilə bağlı danışarkən bildirib ki, İrana qarşı istənilən hücum onun qırmızı xətlərini keçəcək və cavabsız qalmayacaq:

"Biz işğal olunmuş torpaqlarda bütün hədəflərimizi orada müəyyənləşdirmişik və buna bənzər hücum onlara qarşı da həyata keçiriləcək".

Siyasətçi İranın oktyabrın 1-də İsrailə raket hücumunu da xatırladıb və deyib ki, bu da İsrailin “vəhşicəsinə qətllərinə cavab olub”.

Onun sözlərinə görə, İran raketlərinin 90 faizi hədəfləri vurub və bunlar iqtisadi və mülki deyil, yalnız hərbi hədəflər olub.

Əraqçi bildirib ki, "Yəhya Sinvarın şəhadəti HƏMAS-ın fəaliyyətlərini dayandırmayacaq", əksinə, qruplaşmanın əzmini gücləndirəcək və fələstinli gəncləri motivasiya edəcək.

O, həmçinin ABŞ-ın İsrailə dəstəyini pisləyib və deyib ki, Təl-Əviv Vaşinqtonun köməyi olmadan Qəzza və Livanda mövcud ola, cinayətlər törədə bilməz: "Amerikalıların real siyasi iradəsi olsaydı, İsraili dayandıra bilərdilər".

Əraqçı qeyd edib ki, əgər regionda genişmiqyaslı müharibə başlayarsa, amerikalılar və digər Körfəz ölkələri bu müharibəyə cəlb olunacaqlar. Tehran bunu istəmir. Eyni zamanda Əraqçi qeyd edib ki, “diplomatiya üçün hələ də şans var.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər