20 Oktyabr 22:17
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynada korrupsiya ilə mübarizə üçün 5 milyon dollar qrant ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Kiyevə səfəri zamanı bildirib.

Zeya qeyd edib ki, Dövlət Departamenti ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb.

Zeya Kiyevdə baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini - ədliyyə naziri Olqa Stefanişina, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbərliyi ilə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər