15 Fevral 2015 20:35
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 13-də Pakistanın Peşəvər şəhərindəki Xayatabad rayonunda cümə namazı vaxtı hərbi geyimli terrorçuların şiə məscidinə hücumu ilə bağlı məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.

Teleqraf.com-un məlumatına görə, terrorçuların məscidə hücumu nəticəsində 22 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. İyirmidən artıq yaralının vəziyyətinin ağır olduğu bildirilir. Peşəvər şəhərində bu kimi terror aktları taz-tez həyata keçirilir.

Buna görə də Pakistanda ölüm hökmünə tətbiq edilən qərar ötən ilin son aylarında ölkədə törədilən terror aktlarından sonra ləğv olunub. Həmin terror aktları ilə bağlı mühakimə edilənlərin əksəriyyəti artıq güllələnib.


Müəllif: