13 Noyabr 16:45
4 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq məqsədilə sərhəd əməliyyatlarının keçirilməsini istisna etmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TRT Haber telekanalı dövlət başçısının sözlərindən sitat gətirərək sujet yayımlayıb.

"Ölkəmizin təhlükəsizliyini və vətəndaşlarımızın rahatlığını təmin etmək üçün sərhədyanı əməliyyatlar hər zaman gündəmdədir. Əgər təhlükə hiss etsək, istənilən vaxt sərhədyanı əməliyyatlara başlamağa hazırıq. Bizim hörmətimizə heç kim şübhə etməməlidir", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidentinin sözlərinə görə, qonşu ölkədə qeyri-sabitlik və Suriyanın şimalında döyüşən terror təşkilatları Türkiyənin təhlükəsizliyinə təhdid yaradır: "Ərazidə fəaliyyətdə olan bütün terror təşkilatlarına qarşı əməliyyatlarımızın məqsədi öz təhlükəsizliyimizi təmin etməkdir".

Xatırladaq ki, Ərdoğan qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və bu ərazidən gələn terror təhdidlərini minimuma endirmək üçün Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq planlarını əvvəllər dəfələrlə açıqlayıb. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə əsas təhdid adlandırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər