10:32
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Vaşinqton Ukraynaya dəstəyi dayandırmaq qərarına gəlsə, bu, Birləşmiş Ştatlar üçün Əfqanıstandan geri çəkilməkdən daha böyük rüsvayçılıq olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq deyib.

Sabiq nazir vurğulayıb ki, Prezident Donald Trampın gələcək administrasiyası Ukraynanın dağılmasına icazə verərsə, bu, ABŞ-ın nüfuzuna təsir edəcək: “Belə bir qərar Ukraynanın dağılmasına gətirib çıxara bilər”.

Heyq əmindir ki, dünyada Qərbin gücünü dəstəkləmək Trampın öz maraqlarına uyğundur.

Həmçinin o, Trampa münaqişəni tezliklə Rusiya üçün əlverişli şərtlərlə həll etmək niyyətinə qarşı xəbərdarlıq edib. O qeyd edib ki, müharibənin dondurulması yeni savaşın əsasının qoyulması demək olacaq.

"Bu, üçüncü müharibəyə gətirib çıxaracaq, çünki Putin geridə qalanlar üçün yenidən gələcək. Açıq şəkildə görünür ki, o, bütün Ukraynanı istəyir. Ən azı ora qədər istəyir ki, bir suveren dövlət kimi mövcud olmasın”, - Heyq belə söyləyib.

Onun sözlərinə görə, ABŞ və NATO-nun təhlükəsizlik zəmanəti olmadan Ukrayna bir dövlət kimi mövcud ola bilməyəcək: “İki ildən sonra silahlı qüvvələrini yenidən qurduqdan sonra Putini dayandırmaq mümkün olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər