16 Noyabr 14:30
2 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-a uran ixracını dayandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Wrap” yazır.

“Bu addım Rusiya uranından asılı olan Amerikanın enerji sektoruna ciddi təsir göstərə bilər”, - nəşr vurğulayır.

Rusiya ABŞ-a idxal edilən nüvə yanacağının təxminən 35 faizini təmin edir. Bu sahədə əsas oyunçu olan Rusiya qlobal uran təchizat zəncirlərinə də əhəmiyyətli dərəcədə təsir göstərir. Məqalədə qeyd olunur ki, ABŞ-a tədarüklərə qadağa digər Rusiya uranından istifadə edən ölkələrə də təsir göstərə və onları enerji strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.

Rusiya artıq noyabrın 15-dən ABŞ-a zənginləşdirilmiş uran tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq edir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər